\”Güzəştli mənzil” sistemində elektron kabinetlərinizə giriş artıq aktivləşdirilib\”.
İnterpress.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vətəndaşlara müraciətində bildirilir.
Məlumatda həmçinin deyilir ki, saat 15:00-da satış başlanılacaq.
\”MİDA elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyi xahiş edir\”, – müraciətdə qeyd olunub.
Qeyd edək ki, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb.
Satışın həyata keçirilməsi üçün \”Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb.
İnterpress.az