İlahiyyat İnstitutunda dəyirmi masa keçirilibbackend

İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rektor Ceyhun Məmmədov Aİİ-nin yaradılmasını dövlət-din siyasəti sahəsində mühüm addımlardan biri olduğunu qeyd edib, vurğulayıb ki, dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olmasını, ölkəmizin beynəlxalq konfranslarda layiqincə təmsil edilməsi gərəkliliyini nəzərə alaraq ilahiyyatçıların xarici dilləri yaxşı bilmələri vacibdir. C.Məmmədov bu səbəbdən Aİİ-də xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirildiyini, bununla bağlı yaxın günlərdə dərslərdən əlavə ödənişsiz kursların təşkil ediləcəyini deyib. O qeyd edib ki, dini tədris sahəsində dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edilərkən və onlara əsasən tədris aparılarkən ilk növbədə yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır.

Azərbaycan Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin dil mütəxəssisi Zahid Məmmədov son illərdə mərkəzin dini tərcümə sahəsindəki fəaliyyətindən danışıb.
İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi tərcümə işinin ölkənin, xalqın taleyində, mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi rolundan danışıb.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qeyd edib ki, dini mənbələrin əksəriyyəti ərəb dilində olduğu üçün ilahiyyatçıların bu dili mükəmməl bilmələri vacibdir.

 İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib

 İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib

 İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib

 İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib

 İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib

İnterpress.az