451 milyon dollara inşa edilən əfsanəvi nüvə təyyarədaşıyan Enterprise ABŞ-də 537 milyon dollara söküləcək.
İnterpress.az xəbər verir ki, USS Enterprise (CVN-65) dünyada səkkiz reaktoru olan ilk nüvə təyyarədaşıyan gəmisidir.
1961-ci ildə istismara verilmiş və yalnız 2012-ci ildə istismardan çıxarılıb. Enterprise 50 ildən çox xidmət edib və Soyuq müharibədən 11 Sentyabrdan sonrakı münaqişələrə qədər əməliyyatlarda iştirak edib.
Onun reaktorları 2017-ci ildə boşaldılıb və sıradan çıxarılıb. Təyyarədaşıyan gəmi indi sadəcə olaraq kəsiləcək.
Sökülmə və utilizasiya müqaviləsi NorthStar Maritime Dismantlement Services, MMC-yə verilib və işlərin 2029-cu ilin noyabrına qədər başa çatdırılması gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az