Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir.
İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edir.