Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşübbackend

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünik rayonundan olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.

Bu barədə İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, Sünik rayonunun Tex icmasının sakinləri – 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.

Ermənistan MTX bəyan edib ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qayıtması üçün bütün lazımi tədbirlər görülür.