Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı aparıblar.
Bu barədə İnterpress.az Ermənistan hökumətinə istinadən xəbər verir.
Qeyd olunub ki, tərəflər iki ölkə arasındakı münasibətləri və regional məsələləri müzakirə ediblər.
“Liderlər Ermənistan-Türkiyə münasibətlərinə və regional hadisələrə dair məsələləri müzakirə ediblər. Tərəflər dialoqu davam etdirmək barədə razılağa gəliblər”, – məlumatda bildirilib.