Balidə 1 litrdən az suyun istehsalı QADAĞAN OLUNDUbackend

Balidə 1 litrdən az suyun istehsalı QADAĞAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balidə 1 litrdən az həcmdə su satılmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Asia News Network” məlumat yayıb. Buldirilir ki, Balidə 1 litrdən az həcmdə qablaşdırılmış suyun istehsalı dayandırılıb.

Bu addım tullantı problemlərinin həllinə yönəlib.

“Bali gözəl ekosistemi və mədəniyyəti ilə çoxlu turist cəlb edir. Ətraf mühitə ziyan dəysə, daha heç kim bura gəlmək istəməz”, – adanın qubernatoru deyib.

Xuraman Etibarlı

İnterpress.az