Si Cinpin və Tramp telefonla DANIŞDIbackend

Si Cinpin və Tramp telefonla DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Si Cinpin və Tramp arasında telefon danışığı olub.

İnterpress.az xəbər verir ki, bu barədə Sinxua  Agentliyi məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp və Çin dövlət başçısı Si Cinpin arasında telefon danışığı aparılıb.

Nəşrin məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbətin təfərrüatları hələlik verilməyib. Ağ Ev bildirib ki, liderlər yaxın vaxtlarda tarif sazişi və digər ticarət məsələlərini müzakirə edəcəklər.

Mayın əvvəlində ABŞ və Çin Cenevrədə tarifləri 90 gün ərzində qarşılıqlı şəkildə azaltmaq barədə razılığa gəliblər.

Çin tarifləri 10%-ə, ABŞ 30%-ə endirib. Tezliklə cənab Tramp iki ölkə arasında münasibətlərin “tam sıfırlandığını” elan edib.

Daha sonra Amerika prezidenti Çin hakimiyyətini Cenevrə razılaşmasını pozmaqda ittiham edib.

Xuraman Etibarlı

İnterpress.az