Türkiyə səfirliyi Qurban bayramı münasibətilə təbrik paylaşıbbackend

Türkiyə səfirliyi Qurban bayramı münasibətilə təbrik paylaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Azərbaycandakı Səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib.

İnterpress.az xəbər verir ki, diplomatik nümayəndəliyin “X” hesabı vasitəsilə yayımlanan paylaşımda həm Azərbaycan, həm də Türkiyə vətəndaşlarına təbrik ünvanlanıb:

“Bütün vətəndaşlarımızı, eləcə də azərbaycanlı bacı və qardaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, bayramın hamıya cansağlığı, sevinc, rifah və süfrələrə ruzi-bərəkət gətirməsini arzu edirik” – Türkiyə Səfirliyinin paylaşımında belə deyilir.