Azərbaycan ərazisini qanunsuz keçdikdən sonra Ermənistana qaytarılan Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) icmasından olan yeniyetmələrin səhhəti yaxşıdır.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Tex (Dığ) icma rəhbərliyi yayıb.
Məlumatda bildirilirdi ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.
Ermənistan MTX ehtimal edirdi ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.
Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.