ABŞ-də uşağın doğulmazdan əvvəl xüsusiyyətlərini seçə biləcəyiniz bir xidmət meydana çıxıb. Bu, oyunda personaj yaratmaq kimi baş verir.
İnterpress.az xəbər verir ki, Amerikanın “Nucleus” startapı valideynlərin embrionu tam şəkildə fərdiləşdirə biləcəyi platformanı işə salıb: boy, göz və saç rəngi, İQ səviyyəsi, xəstəliklərə meyllilik.
Proqram necə işləyir:
– Uşaq süni mayalanma (IVF) yolu ilə yaradılır;
– Embrion məlumatları xidmətə yüklənir;
– Bir neçə saatdan sonra sizə gələcək uşağın xüsusiyyətləri göstərilir;
– Bəyəndiyinizi seçirsiniz və 9 aydan sonra hazır “xarakter” alırsınız.
Qiymət etiketi: $5999 (təxminən 10 min 200 man).
Xuraman Etibarlı
İnterpress.az