Ən çox qar regionun dağlıq ərazisinə düşüb.
Ərazidə 16 dərəcə şaxta qeydə alınıb. Bu ərazilərdə hərəkət çətinləşib.
Ən çox qar isə Quba rayonunda qeydə alınıb. Burada qarın hündürlüyü 13 sm-ə çatıb. Bundan başqa, Xızı rayonunda isə qarın hündürlüyü 12 sm-ə çatıb.
Şimal regionunun bütün yollarında qar və buzlu yol avtomobillərin hərəkətində çətinlik yaradıb. Bakı-Quba, Quba-Qusar, Xudat, Siyzən, Xaçmaz yolları buz bağlayıb.
Yollarda hərəkəti açmaq üçün Nəqliyyat Nazirliyinin yol istismar idarəsinin əməkdaşları və Baş Dövlət Yol Polis əməkdaşları çalışırlar. ( anspress.com )
İnterpress.az