Heqsetə 6 maddə üzrə İTTİHAM: İmpiçment qətnaməsi Konqresə TƏQDİM OLUNURbackend

Heqsetə 6 maddə üzrə İTTİHAM: İmpiçment qətnaməsi Konqresə TƏQDİM OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratlar Pentaqon rəhbərinə qarşı impiçment prosesinə başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

ABŞ Demokratlar Partiyası 15 aprel 2026-cı il tarixində Pentaqon rəhbəri Heqsetə qarşı impiçment elan edilməsi ilə bağlı qətnamə layihəsini təqdim etməyə hazırlaşır.

Nazir altı əsas maddə üzrə ittiham olunur:

▪️İrana qarşı qeyri-qanuni müharibəyə başlamaq;
▪️Mülki əhaliyə qarşı zərbələr endirmək;
▪️Həssas informasiyaya qarşı səhlənkar münasibət;
▪️Konqresin nəzarətinə mane olmaq;
▪️Səlahiyyətlərdən sui-istifadə və silahlı qüvvələrin istifadəsini siyasiləşdirmək;
▪️ABŞ-nin və onun silahlı qüvvələrinin nüfuzuna xələl gətirən hərəkətlər.

Xuraman Etibarlı

İnterpress.az