Hərbi hissədən qaçan əsgər onu müşayiət edən hərbçini ÖLDÜRDÜbackend

Hərbi hissədən qaçan əsgər onu müşayiət edən hərbçini ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hərbi hissədən qaçan əsgər onu müşayiət edən müqaviləli hərbçini bıçaqlayaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Hərbi istintaq orqanları məlumat yayıb.

Sankt-Peterburqda dəhşətli cinayət hadisəsi baş verib. Hərbi hissədən özbaşına çıxdığına görə saxlanılan əsgər, onu müşayiət edən hərbçini qətlə yetirib.

Məlumata görə, aprelin 15-də Petrozavodskda axtarış qrupu hərbi hissədən qaçmış sıravi əsgəri taparaq saxlayıb.

Ertəsi gün, aprelin 16-da onu geri apararkən, saat 20:00 radələrində Sankt-Peterburqda əsgər müşayiətçilərini yayındıraraq gizlətdiyi bıçağı çıxarıb.

O, onu müşayiət edən və həmin hərbi hissədə müqavilə əsasında xidmət edən hərbçiyə bir neçə bıçaq zərbəsi endirib.

Müşayiətçi aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hücumdan sonra qaçmağa cəhd edən şübhəli şəxs “isti izlərlə” saxlanılıb.

Faktla bağlı xidməti vəzifəsini yerinə yetirən şəxsin qətlə yetirilməsi maddəsi ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az