Nahariyada FÖVQALADƏ VƏZİYYƏT: 8 yaralı tibb mərkəzinə YERLƏŞDİRİLDİbackend

Nahariyada FÖVQALADƏ VƏZİYYƏT: 8 yaralı tibb mərkəzinə YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullahın zərbələri nəticəsində Nahariya tibb mərkəzinə 8 yaralı yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Galil Tibb Mərkəzi” məlumat yayıb.

Hizbullahın İsrailə zərbələri nəticəsində İsrailin Nəhariyyə şəhərində yerləşən Qalil Tibb Mərkəzinə 8 nəfər xəsarət almış şəxs çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Onlardan biri ayaq və baş nahiyəsindən xəsarət alan 25 yaşlı motosikletçidir, digəri isə ayağından qəlpə yarası alan 17 yaşlı qızdır.

Bundan əlavə, üz nahiyəsindən xəsarət alan 40 yaşlı kişi orta ağırlıqda vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha 5 nəfər isə kəskin təşviş (həyəcan) pozuntusu diaqnozu ilə tibb mərkəzinə çatdırılıb.

Qeyd edək ki, bir saat ərzində: Hizbullah Qərbi Qalileyaya 25 raket atıb. Üç PUA da ələ keçirilib.

Xuraman Etibarlı

İnterpress.az