Kırşehir’də yük maşını mikroavtobus və minik avtomobilinin üzərinə aşıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Kırşehir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumatlara görə, əyləc sistemi sıradan çıxan yük maşını svetoforun qırmızı işığında gözləyən mikroavtobusa çırpılıb, daha sonra isə minik avtomobilinin üzərinə aşıb.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






