Türkiyədə məktəblərə hücumlarla bağlı saxta xəbər və təxribat yayan 127 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Türkiyədə məktəblərə qarşı törədilən son hücumlardan sonra sosial şəbəkələrdə yayılan paylaşımlarla əlaqədar genişmiqyaslı əməliyyat keçirilib.
Rəsmi qurumların məlumatına görə, əhali arasında panika yaradan, dezinformasiya və təxribat xarakterli materiallar yayan 127 nəfər saxlanılıb.
Hazırda saxlanılan şəxslər barəsində istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, ölkədə qısa müddət ərzində iki məktəbə silahlı hücum qeydə alınıb. Hücumlardan birində ölən, digərində isə azı 16 nəfərin yaralandığı bildirilir.
Bu hadisələrdən sonra hakimiyyət orqanları onlayn məzmunlara nəzarəti gücləndirib və sosial şəbəkələrdə kütləvi yoxlamalara başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






