Birminhemdə qarətçilər avtomobillə lombarda girərək qızılları oğurlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Böyük Britaniyanın Birminhem şəhərində cəsarətli qarət hadisəsi baş verib. Maskalı cinayətkarlar avtomobillə lombardın vitrinini dağıdaraq içəri daxil olublar.
Onlar qiymətli əşyaları oğurlayaraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Lakin qarətçilərin planı tam baş tutmayıb – yoldan keçən sakinlər cinayətkarlardan birini yaxalamağa müvəffəq olublar.
Polis hadisə yerinə təxminən 15 dəqiqə gecikmə ilə gəlib çıxıb.
Xuraman Etibarlı
İnterpress.az






