Tramp Roma Papası ilə mübahisə etdiyini İNKAR ETDİ – VİDEObackend

Tramp Roma Papası ilə mübahisə etdiyini İNKAR ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Roma Papası ilə mübahisəsi barədə ziddiyyətli açıqlama verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Roma Papası ilə konflikt yaşadığına dair suallarına cavab verib.

Jurnalistlər Trampdan Papa ilə niyə mübahisə etdiyini iki dəfə soruşsalar da, o, hər iki halda heç bir konfliktin olmadığını bildirib.

Daha sonra Tramp Papanın İranın nüvə silahına sahib ola biləcəyini dediyini iddia edib.

Jurnalistin Papanın belə bir açıqlama vermədiyini xatırlatmasından sonra isə Tramp fikrini dəyişərək: “Mənim Papa ilə razılaşmamaq hüququm var”, — deyə cavab verib.

Beləliklə, Tramp əvvəlcə mövcud olmayan bir konflikt haqqında danışıb, daha sonra özünü təkzib edib və sonda isə heç bir əsası olmayan bir mübahisədən “qalib” çıxıb.

Xuraman Etibarlı

İnterpress.az