Donald Tramp: Mer Mamdani Nyu-Yorku məhv edirbackend

Donald Tramp: Mer Mamdani Nyu-Yorku məhv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüf ki, Mer Mamdani Nyu-York şəhərini məhv edir.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. 

Tramp Nyu-Yorkun vəziyyəti ilə bağlı sərt tənqidlə çıxış edib.

O, şəhərin meri Mamdaninin fəaliyyətini kəskin şəkildə pisləyərək, onun şəhəri uçuruma apardığını iddia edib.

“Təəssüf ki, mer Mamdani Nyu-Yorku MƏHV edir! Onun heç bir şansı yoxdur! Amerika Birləşmiş Ştatları onun süqutuna kömək etməməlidir.

Daha da PİS olacaq. Vergi siyasəti ÇOX yanlışdır. İnsanlar qaçır. Onlar öz həyat tərzlərini dəyişməlidirlər, HƏM də SÜRƏTLƏ.

Tarix sübut edib ki, BU SADƏCƏ İŞLƏMİR. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, – Tramp qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az