ABŞ-nin müharibə naziri İncildən sitat gətirmək istəyərkən “Kriminal qiraət” filminə müraciət edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda çıxışı zamanı maraqlı bir səhvə yol verib.
O, hərbi axtarış əməliyyatlarında iştirak edənlər arasında çox populyar olan bir duadan bəhs edib və ardınca “Yezekiel peyğəmbərin kitabından” bir parça oxuyacağını bildirib.
Lakin məlum olub ki, nazirin oxuduğu parça İncildən deyil, məşhur “Kriminal qiraət” filmindəndir.
Həmin ifadə filmdə Semuel L. Ceksonun canlandırdığı Culs obrazı tərəfindən səsləndirilib. Nazirin bu səhvi sosial şəbəkələrdə geniş müzakirələrə və istehsalara səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






