Ermənistanda siyasi GƏRGİNLİK: “Güclü Ermənistan”ın 11 üzvü SAXLANILDIbackend

Ermənistanda siyasi GƏRGİNLİK: “Güclü Ermənistan”ın 11 üzvü SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Güclü Ermənistan” partiyasının 11 üzvü naməlum istiqamətə aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın Artaşat şəhərində “Güclü Ermənistan” partiyasının üzvlərinə qarşı keçirilən axtarışlardan sonra partiyanın 11 üzvü naməlum istiqamətə aparılıb. Bu barədə jurnalistlərə vəkil Yura İvanyan məlumat verib.

Vəkilin sözlərinə görə, səhər saatlarından etibarən şəhərdəki bütün partiya ofislərində axtarışlar aparılıb. Bundan sonra təxminən 11 nəfər ərazidən uzaqlaşdırılıb.

İndiyədək onların hansı statusda olduğu, hara və hansı səbəbdən aparıldıqları barədə heç bir məlumat verilməyib.

“Belə repressiv yanaşma ilə ədalətli məhkəmədən necə danışmaq olar, bilmirəm”, – vəkil vurğulayıb.

O, həmçinin saxlanılan şəxslərin müdafiə hüququnun artıq pozulduğunu əlavə edib.

Xatırladaq ki, “Güclü Ermənistan” partiyasının sədri və “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan həbs olunub və hazırda ev dustaqlığındadır.

Xuraman Etibarlı

İnterpress.az