Dağıstanın Levaşi rayonunun Ubeki kəndində dağ uçqunu baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Dağıstanın Levaşi rayonunun Ubeki kəndində təbiət hadisəsi yaşanıb. Kənddə dağın böyük bir hissəsi uçub.
Məlumata görə, güclü leysan yağışlarının səbəb olduğu sürüşmələr bölgədə vəziyyəti xeyli çətinləşdirib.
Xuraman Etibarlı
İnterpress.az






