Badamdarda 6 uşaq aclıqdan xəstə yatağındabackend

Badamdarda 6 uşaq aclıqdan xəstə yatağında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təmiz dünya” təşkilatının nümayəndəsi Məlahət Nəbiyevanın İnterpress.az-a verdiyi məlumata görə, bu barədə quruma uşaqların anası 35 yaşlı Zülfüyyə Səfərova müraciət edib. Uşaqları ilə bərabər kirayədə yaşayan qadın mənzil haqqını ödəyə bilməyib.

Ev sahibi onları kirayədə yaşadıqları mənzildən çıxarmaq istəsə də, qonşular hələlik bunun qarşısını alıb: “Uşaqların atası onları tərk edib. Bundan başqa uşaqların sənədlərində də problemlər var. Buna görə də sosial müavinət almaq da hələlik mümkün olmur. Qadın bu gün uşaqlara çayda isladılmış çörək verib. Ərzaq yardımını əsasən qonşular edib. Qadının yol pulu olmadığına görə təşkilata şəxsən özü gələ bilməyib. Təşkilatın əməkdaşları ora gedib vəziyyətlə yerində maraqlanacaqlar. 6 uşağa yardım etmk istəyənlər təşkilatla əlaqə saxlaya bilərlər”.

Elnarə
İnterpress.az