Statistikaya əsasən azalma 70 faiz təşkil edir. İnterpress.az xəbər verir ki, bu barədə Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski məlumat verib. FMX rəhbərinin sözlərinə görə, Qırğızıstan istisna olmaqla digər Orta Asiya ölkələrindın, həmçinin digər postsovet respublikalardan gedən əmək miqrantlarının sayı azalıb. Buna səbəb ölkədəki iqtisadi durum və miqrasiya nəzarətinin gücləndirilməsidir.
Rusiyanın əmək miqrantlarına ehtiyacı olduğunu deyən K.Romodanovski bu ölkədə gəlmələrə qarşı kütləvi aksiyaları istisna edib.
İnterpress.az