Hadisə Bayıl qəsəbəsi Buxta küçəsi 212 ünvanında baş verib. Xəsarət alan olmasa da, ərazidəki binaya ciddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, həmin bina neft şirkətinə aiddir. \”Əvvəllər orada idarə olub. İndi isə həmin binada 6 qaçqın ailəsi yaşayır\”.
Sakinlərin sözlərinə görə, həmin ərazidə keçən il də sürüşmə olub. \”O zaman da binaya ciddi ziyan dəymişdi. Aidiyyatı orqanlardan gəlib baxdılar. Heç nə etmədilər ki, guya həmin ailələri köçürəcəklər. İndi də yağışlar başlayıb. Burada yaşamaq artıq çox təhlükəlidir\”, – deyə sakinlər əlavə ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, hadisə araşdırılmalı, sürüşmə və ya uçqun olduğu dəqiqləşdirilməlidir.
Əlavə məlumat veriləcək. ( anspress.com )
İnterpress.az