Partiya sədrindən 8 MART təbrikibackend

Partiya sədrindən 8 MART təbriki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat Partiyasının sədri (MMP) Hafiz Hacıyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

İnterPress.az partiya sədrinin təbrik müraciətini təqdim edir:

\”Əziz və hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Azərbaycan xanımları tarixin bütün dönəmlərində öz zəkası, bacarığı, sədaqətliliyi ilə seçilib. Son illər ölkəmizin inkişafında qadınların da rolu az deyil. İstər gündəlik həyatda, istərsə də ictimai-siyasi arenada qadınlarımızın əhəmiyyəti olduqca böyükdür.
Azərbaycan qadını həm gözəl ana, həm bacı, həm ömür-gün yoldaşıdır. Eyni zamanda, ölkəmizin inkişafı yolunda öz fəaliyyəti ilə xidmət edən bir vətəndaşdır. Bütün xidmətlərinizə görə Sizə minnətdarıq, hamınızı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik.
Bu arada Müasir Müsavat Partiyasının aparıcı qüvvəsi olan xanımları da təbrik edirəm. Hər zaman partiyamızın ideologiyası ətrafında sıx birləşərək, mübarizənin önündə olduqlarına görə onlara təşəkkürümü bildirirəm. Bir daha bayramınız mübarək\”.

İnterPress.az