Qubada oğurladığı avtomobillə qəzaya düşən dəstə üzvləri tutulublarbackend

Qubada oğurladığı avtomobillə qəzaya düşən dəstə üzvləri tutulublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”İnterPress.Az\”a DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bu ilin aprel-may aylarında rayon ərazisində 5 nəqliyyat vasitəsini oğurlayaraq sahiblərinə xeyli miqdarda maddi ziyan vuran cinayətkar dəstə saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər. Cinayətkar dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların may ayının 13-də oğurladıqları “Vaz 2109” markalı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikləri də məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba RMX-na yerləşdirilib, hal-hazırda onun vəziyyəti sabitdir.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərində də iştiraklarının olub olmaması istiqamətində tədbirlər davam etdirilir.

İnterPress.Az