İnzibati icraçı vəzifələr üzrə imtahanda 1300-dən çox namizədin iştirak edəcəyi gözlənilirbackend

İnzibati icraçı vəzifələr üzrə imtahanda 1300-dən çox namizədin iştirak edəcəyi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az DİM-in saytına istinadla xəbər verir ki, imtahanda iştirak etmək üçün 1337 (BA – 333, BB – 1004) namizəd qeydiyyatdan keçib. İmtahan avqustun 18-də iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat səhifəsindən yükləmək olar.

İnterpress.az