Yığmamız Minskdə Belarus millisi ilə birgə məşqlərə başladıbackend

Yığmamız Minskdə Belarus millisi ilə birgə məşqlərə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunan-Roma güləşi üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.

Interpress.az xəbər verir ki, millimiz bu gündən Belarusun paytaxtı Minskdə yerli komandayla birgə hazırlığa start verib.

Dekabrın 25-dək davam edəcək təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Bazarov (-60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi -63 kq), İslambəy Dadov, Namaz Rüstəmov, Rəsul Çunayev (hamısı -67 kq), Sənan Süleymanov, Ülvi Qənizadə (hər ikisi -72 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (hər ikisi -97 kq) və Beka Kandelaki (-130 kq) iştirak edəcək.

Qeyd edək ki, komanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi altında Minskə yollanıb.