Niderland Krallığında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və “Odlar Yurdu” Niderland-Azərbaycan Təşkilatının birgə təşəbbusu ilə minada həlak olan media şəhidlərimizin xatirəsinə səssiz aksiya keçirildi.
Etiraz aksiyasında iştirak edənlər üzərində – Qarabağı minalardan azad et! , Mina ölümlərini dayandır! və #ölkəmiziminalardanazadet – sözləri yazılmış ağ köynəklər geyinərək Haaqa şəhərinin Mərkəzi Vağzalından başlayaraq səssiz yürüyüblər.
Mərkəzi Vağzaldan başlayan aksiya Beynəlxalq Ədalət Məhkəməsi binasının (Sülh Sarayı) qarşısında bir nəfərlik aksiya ilə davam etdi.
Sülh sarayının qarşısında əllərində plakat olan ağ köynəkli aksiya iştirakşıları səssiz aksiyaya maraq göstərənlərə ermənilərin işqaldan azad edilmiş torpaqlarımızda basdırdıqları minalar və mina qurbanlarından məlumat verilib.
Aksiyada istirak edənlərin əllərindəki Plakatlarda Ermənistanın mina xəritələrini verməsi, bağlanmış sülh müqaviləsinin şərtlərinə qeyri-şərtsiz əməl etməsini tələb edən şüar və şəkillər göstərilib.
Aksiya təşkilatçıları “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və “Odlar Yurdu” Niderland-Azərbaycan Təşkilatının rəhbəri Firəngiz Bağırovadan Kəlbəcərdə minaya düşərək faciəvi şəkildə həlak olan media işçilərimizin timsalında bütün mina qurbanlarının səsini Avropaya çatdırmaq üçün xaricdə yaşayan soydaşlarımız da əllərindən gələni etməyə çalışırlarını dedilər.
Qeyd edək ki bu tip aksiyalar bundan sonra da Niderlandın müxtəlif şəhərlərində həyata keçiriləcək. Bundan başqa, bütün təşkilatlar və Azərbaycan icması adından beynəlxalq qurumlara məktub və bəyanatlar da göndərilib.
İnterpress.az