Moskva vilayətində polis əməkdaşı atışma zamanı ÖLDÜRÜLDÜ – FOTObackend

Moskva vilayətində polis əməkdaşı atışma zamanı ÖLDÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətində narkolaboratoriyanın ehtimal olunan təşkilatçılarının saxlanılması zamanı polis əməkdaşı öldürülüb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə Narofominsk yaxınlığındakı Panovo kəndində ötən axşam baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik qaçaqmalçılığı ilə məşğul olan bir dəstə haqqında məlumat aldıqdan sonra evə daxil olmağa başlayarkən onlara atəş açılıb.

Atışma nəticəsində bir polis əməkdaşı ölüb. Hücum edən şəxsin də cavab atəşi nəticəsində öldürüldüyü bildirilir.

Moskva bölgəsində baş verən atışmada həlak olan polis məmuru 35 yaşlı kapitan Pavel Şevyakov idi. O, 2015-ci ildən bəri polisdə xidmət edirdi.

Xuraman Etibarlı

İnterpress.az