Zelenoqradda mənzildə PARTLAYIŞ – 80 yaşlı kişi ÖLDÜbackend

Zelenoqradda mənzildə PARTLAYIŞ – 80 yaşlı kişi ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenoqradda mənzildə baş verən partlayış nəticəsində 80 yaşlı kişi ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə Zelenoqradda, Kryukovo ərazisində yerləşən yaşayış binasının dördüncü mərtəbəsində baş verib. Partlayış nəticəsində 80 yaşlı kişi həyatını itirib.

İlkin məlumatlara görə, təqaüdçü partlayıcı qurğunu özü partladıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binadan sakinlər təxliyə edilib. Məlumata görə, binada ümumilikdə 72 nəfər yaşayır. Hadisə yerində operativ xidmətlərin əməkdaşları və istehkamçılar işləyir.

Binanın qazlaşdırıldığı bildirilir. Partlayışın nədən baş verdiyi araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az