19 yaşlı tələbə qız Tailandda İTKİN DÜŞDÜbackend

19 yaşlı tələbə qız Tailandda İTKİN DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taylandda 19 yaşlı rusiyalı tələbə yoxa çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

19 yaşlı rusiyalı tələbə Tailandda yoxa çıxıb və ailəsi onun insan alveri qurbanına çevrilərək əsirlikdə saxlanıldığından şübhələnir.

Məlumata görə, Nijni Novqorodda geodeziya ixtisası üzrə ikinci kursda oxuyan Anya mayın ortalarında bütün yığdığı pulları götürərək yoxa çıxıb.

O, ailəsinə mesaj göndərərək yaxşı olduğunu, oğurlanmadığını və “arzusu ilə getdiyini” yazıb və onu axtarmamalarını xahiş edib.

Ailəsi buna baxmayaraq polisə müraciət edib. Sonradan məlum olub ki, qız mayın 19-da Çinə, mayın 21-də isə Tailand ərazisinə uçub.

Yaxınları onun qaçıb getməsinə inanmadıqlarını bildirirlər. Onların sözlərinə görə, Anya ailəsi ilə yaxşı münasibətdə olub, heç bir ciddi problemi yaşanmayıb və qardaşına çox bağlı olub.

Ötən həftəsonu Myanma ilə sərhəddə döyülmə izləri olan və taqətsiz vəziyyətdə 19 yaşlı rusiyalı qadın da aşkarlanıb. Lakin onun Anya olmadığı qardaşı tərəfindən təsdiqlənib.

Xuraman Etibarlı

İnterpress.az