200 çömbəlmə sizi ömür boyu əlil edə bilər.
İnterpress.az xəbər verir ki, Çindən olan bir məktəbli bunu öz acı təcrübəsindən öyrənib.
Məsləhətçi onu 1000 oturub-qalxmağa məcbur edib, lakin 200-dən sonra oğlan yerə yıxılıb və ağrıdan qışqırıb. Xəstəxanada oğlana skelet əzələlərini, qaraciyəri və böyrəkləri məhv edən rabdomiyoliz diaqnozu qoyulub.
İndi oğlan ayaq əzələləri atrofiyaya uğradığı üçün əlil arabasına məhkumdur.
Xuraman Etibarlı
İnterpress.az