İnanılmaz TƏSADÜF: Uçan qağayı sürücünü radar cəriməsindən XİLAS ETDİ – FOTObackend

İnanılmaz TƏSADÜF: Uçan qağayı sürücünü radar cəriməsindən XİLAS ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qağayı qanadı ilə avtomobilin nömrəsini örtərək sürücünü cərimədən xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Yol hərəkəti qaydasını pozan sürücü təsadüf nəticəsində uçan qağayı sayəsində radar cəriməsindən xilas olub.

Sürət həddini aşan avtomobil təhlükəsizlik kamerasına düşdüyü dəqiqədə yaxınlıqdan keçən qağayı qanadı ilə maşının dövlət qeydiyyat nömrəsini tamamilə örtüb.

Kameranın qeydə aldığı kadrda quşun uçuş anında məhz nömrə nişanının qarşısını qapadığı aydın görünür.

Nəticədə avtomatlaşdırılmış sistem nəqliyyat vasitəsinin nömrəsini oxuya və sahibini müəyyən edə bilməyib, beləliklə də qayda pozuntusuna görə cərimə yazılmayıb.

Sosial şəbəkələrdə yayılan bu maraqlı kadrlar izləyicilər tərəfindən “xoşbəxtlik quşu gerçəkdir” şərhləri ilə qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az