Yanaraq külə dönən “Qartal yuvası” yenidən BƏRPA OLUNURbackend

Yanaraq külə dönən “Qartal yuvası” yenidən BƏRPA OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Hitlerin yanğından məhv olmuş məşhur iqamətgahı bərpa edilir.

İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.

Bavariya Alp dağlarında yerləşən və “Qartal yuvası” kimi tanınan məşhur Kelştaynhaus kompleksinin bərpasına başlanılıb.

Nasist rəhbərliyi üçün inşa edilmiş və Adolf Hitlerin adı ilə bağlı olan tarixi bina 23 oktyabr 2026-cı ildə baş verən güclü yanğın nəticəsində demək olar ki, tamamilə məhv olmuşdu.

Ərazidə artıq bərpa işləri üçün qülləli inşaat kranı quraşdırılıb.

Bərpa prosesini “Gebr. Schmölzl GmbH & Co. KG” şirkəti həyata keçirəcək.

Binanı yandırmaqda şübhəli bilinən 33 yaşlı Ştefan V. hadisədən dərhal sonra saxlanılıb və onun mənzilində “Antifa” hərəkatına aid materiallar tapılıb.

Qeyd edək ki, 1952-ci ildən bəri dağ restoranı və nasizm tarixi üzrə sərgi kimi fəaliyyət göstərən obyekti hər il təxminən 300 min turist ziyarət edirdi.

Xuraman Etibarlı

İnterpress.az