Gürcüstanda “kriminal aləm”lə əlaqəsi olan dörd nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Gürcüstanda “oğru dünyası” ilə əlaqədə şübhəli bilinən dörd nəfər polis tərəfindən saxlanılıb.
Cinayətkar qruplaşmanın üzvləri vətəndaşlar arasındakı mübahisələri “oğru qanunları” ilə həll edir və tərəflərdən birinin lehinə qanunsuz “razborka”lar təşkil edirmişlər.
Məlumata görə, verilən qərarlarla razılaşmayan və onlara əməl etməyən şəxslər fiziki zorakılıq və ölümlə hədələniblər.
Bundan əlavə, təqsirləndirilənlərdən biri birgə biznes bəhanəsi ilə vətəndaşın 160 min lari (təxminən 104 550 manat) məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Saxlanılan şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






