2023-cü ildə Qazaxıstanda Rusiyanın iştirakı ilə təxminən 4000 şirkət açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstanın Rusiya Federasiyasındakı səfiri Dauren Abayev “Qazaxıstan – imkanlar vektoru” biznes dialoqu zamanı bildirib.
“Rusiya Federasiyası Qazaxıstanda xarici kapitallı müəssisələrin sayına görə şəksiz liderdir. Bu gün ölkəmizdə Rusiyanın iştirakı ilə 28 mindən çox şirkət fəaliyyət göstərir. Onların təxminən 4000-i 2023-cü ildə açılıb”, – Abayev deyib.
O qeyd edib ki, Mərkəzi Asiya ölkələri arasında ən çox xarici sərmayə Qazaxıstandan gəlir və bu il 24-25 milyard dollar təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az