Millət vəkili: “Qərb Avropa Şurası və Avropa Parlamentindən təzyiq aləti kimi yararlanmağa çalışır”backend

Millət vəkili: “Qərb Avropa Şurası və Avropa Parlamentindən təzyiq aləti kimi yararlanmağa çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu açıqlamasında Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən millət vəkili Zahid Oruc deyib.

Z. Oruc qeyd edib ki, o, bu mövqenin davam edəcəyinə şübhə eləmir: \”Bunun səbəbləri heç bir halda Azərbaycanın daxili həyatına bağlı deyil. Daha çox geopolitikdir və uzun müddətdən bəri Avropa dairələrinin ölkəmizdən gözləntilərinin reallaşmamasıdır\”.

Millət vəkilinin sözlərinə görə, qətnamədəki çağırışlar heç bir halda demokratiya faktoruna bağlı deyil: \”Qərb Azərbaycanın siyasi və iqtisadi kursuna, beynəlxalq əlaqələrinə təsir etmək üçün Avropa Şurası və Avropa Parlamentindən təzyiq aləti kimi yararlanmağa çalışır”.

Z. Oruc deyib ki, bu qətnamə əslində Bakıda yazılıb: “Bu, o ölkələrin buradakı səfirliklərində çalışanların ötən dövr ərzində müxalif partiyalara hər gün göndərilən təlimatların, tezislərin, qəzetlərdəki “vur!” əmrinin, kəşfiyyat və şipyonaj məlumatlarının bu dəfə Avropa Parlamentinə göndərilib, ordan oxunmasıdır. Çünki orada elə daxili məsələlərdən bəhs olunur ki, bunu ölkə içərisində siyasi müşahidələr aparmayan və yaxud da kəşfiyyat məlumatları olmayan bilməz\”.

Deputatın fikrincə, AP-nin mövqeyi Azərbaycana təzyiq xarakterlidir: \”Qətnamədə qeyd olunan sanksiyalar İran və Kuba kimi ölkələrin üzərindən götürüldükdən sonra əgər işğala məruz qalmış Azərbaycana tətbiq olunsa, bu, Avropa Parlamentində özünü demokratik amallar ilə çalışdığını göstərən parlamentarların hansı təfəkkür daşıdıqlarının göstəricisi olacaq. Belə çıxır ki, işğalçı daha çox mükafatlandırılır, nəinki işğaldan zərər çəkən. Əgər bu qətnamənin niyyəti demokratiyadırsa, bu gün Avropaya həyati qurbanlar bahasına axışan suriyalıların vəziyyəti bunun nəticəsinin əyani göstəricisidir. Silah üzərində yayılan demokratiyanın son nəticəsi artıq bəllidir”.

Deputat bildirib ki, bu kimi sənədlər ölkənin bəlli siyasi kursundan çəkindirə bilməz.

Qeyd edək ki, bu gün AP Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs verib, 72 nəfər bitərəf qalıb. Qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar.

Qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır. Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə də çağırıb.

Həmçinin Avropa Parlamentinin Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə ölkəyə nümayəndə heyəti göndərməsi təklif olunub. Qətnamə Avropa İttifaqı ilə Azərbaycan, müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında qarşılıqlı hörmətə əsaslanan ciddi danışıqların vacibliyini qeyd edir.

Parlamentarlar Azərbaycan rəsmilərini Avropa Şurası və ATƏT kimi regional təşkilatlarla işləməyə və onların nümayəndələrinin Azərbaycana səfərlərini asanlaşdırmağa da çağırıblar və ATƏT-in Bakı ofisinin bağlanmasından təəssüflərini ifadə ediblər (apa).

İnterpress.az