Tramp Mamdaniyə səs verən yəhudiləri təhqir edib.
İnterpress.az xəbər verir ki,ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial platformasında yəhudi icmasını hədəfə alan bəyanatla çıxış edib.
O yazıb:
“Hər hansı yəhudi ki, sübut olunmuş və açıq şəkildə yəhudilərə nifrət edən Zöhran Mamdaniyə səs verir — sadəcə axmaq adamdır!”
34 yaşlı Zöhran Mamdani hazırda Nyu-York meri postuna namizəddir və şəhər tarixində ilk müsəlman, həm də Cənubi Asiya mənşəli mer ola bilər.
Son sorğulara əsasən, Mamdani seçicilərin təxminən 40 faizinin dəstəyinə malikdir.

Xuraman Etibarlı
İnterpress.az






