Paşinyan zarafatla Monqolustan və İrana işarə etdi ki, onlar da bizə qarşı ərazi iddiaları irəli sürə bilərlər.
İnterpress.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışı zamanı regional münasibətlərdən danışarkən Monqolustan və İranı da zarafatla qeyd edib.
O, ölkəsinə qarşı ərazi iddialarına eyham vuraraq deyib:
“Bəzən elə gəlir ki, hər kəs bizdən nəsə istəyir. Monqolustan və İran da deyə bilər ki, guya Ermənistan torpaqlarında onların qədim izləri var.”
Paşinyanın bu sözləri zalda gülüş doğursa da, onun çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Bir çox istifadəçi baş nazirin bu ironiyasını regionda gərgin münasibətlərə eyham kimi qiymətləndirib.
Siyasi şərhçilər hesab edirlər ki, Paşinyan bu ifadə ilə Ermənistanın qonşularla ərazi mübahisələrindən yorulduğunu və diplomatik təzyiqləri yumorla yumşaltmağa çalışdığını göstərib.
Xuraman Etibarlı
İnterpress.az






