İnterpress.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ABŞ son qərarı ilə dolların dünya bazarına mövqelərinin kəskin möhkəmlənməməsi siyasətini dəstəklədi: “Aydındır ki, dolların məzənnəsinin kəskin möhkəmlənməsi iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun deyil. Baxmayaraq, ABŞ-da işsizlik aşağı rəqəmlə ifadə edilir, iqtisadi artım tempini qoruyub saxlayıb. Dolların kəskin möhkəmlənməsi Amerikanın ixracatına mənfi təsir göstərir. Xüsusilə əsas rəqibi olan Çin yuanı ucuzlaşdırıb və ixrac imkanlarını genişləndirib. O baxımdan FED sıfra yaxın faiz dərəcəsini qoruyub saxladı. Bununla yanaşı, ABŞ pulunun dünya bazarına mövqelərinə təsir göstərən bu qərar təbii ki, heç də dolların yaxın zamanlarda kəskin ucuzlaşması anlamına gəlməməlidir”.
Ekspert milli valyitamızın məzənnəsi üçün FED-in bu qərarını məqbul hesab edir: “Belə ki, bu addım qlobal valyuta bazarındakı dəyişikliklərin manata təzyiqini azaldacaq. Qeyd edək ki, manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti deyil, məhz dollar avro münasibəti nəzərə alınır. Bu ilin fevral ayından Mərkəzi Bank 2 valyutalı səbətdən istifadə edir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir. Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Buna görə də, FED-in son qərarı dolların manata təzyiqini azaltmaqla yanaşı, gələcəkdə dünya bazarında avronun möhkəmlənəcəyi halda, manatın da dollara nisbətən güclənməsinə gətirib çıxaracaq. Beləliklə, ABŞ “möhkəm dollar” mərhələsinə qədəm qoymadı. Qlobal valyuta bazarının dərhal reaksiya verdiyi bu qərara manat da yerli bazarda dolları “cüzi sıxışdırmaqla” münasibət göstərdi”.
İnterpress.az