Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü, deputat Zahid Oruc Paraqvay Senatının qondarma “erməni soyqırımı”nı tanıması məsələsinə münasibət bildirərkən deyib.
O deyib ki, qondarma “soyqırım”ın tanınması sonrakı mərhələlərdə Azərbaycan üçün böyük bəlaya çevrilə bilər: “Ermənilər Amerika qitəsində saxta soyqırımı tanıtmağa başlayıblar. 1960-ci ildən sonra bu dəqiq hazırlanmış bir siyasi xətt kimi həyata keçirilməyə start verilib. İlkin olaraq Uruqvay dövlətinin parlamenti bu cür tanıtım qərarı ilə çıxış edib. Sonrakı dövrdə də bu prosesi digər qitələrə yaymaq yönündə addımlar atılıb. Hətta Avropa ölkələrinin bir necəsi bu yöndə öz mövqelərini ortaya qoyublar. O cümlədən onlar təkcə siyasi qərarlarla deyil, eyni zamanda dini qurumların, xüsusilə də katolik dünyasını bu məsələdə əldə edə biliblər. Biz Roma Papasının bu məsələlərlə bağlı həm soyqırımın dırnaqarası yubileyinə yanaşmasını, məlum bəyanatını da unutmamalıyıq.
Bu addımlar Türkiyəyə qarşı bir siyasi savaş olsa da,əslində dövlət olaraq Azərbaycanın da əleyhinə olanhaldır. Bu mövqelər sonrakı dövrdə saxta tarix olduğu üçün bizim də maraqlarımızın əleyhinə işləyir. Bundan sonrakı dövrdə biz Xocalı soyqırımı ilə bağlı məsələləri daha çətin qəbul elətdirə bilərik. Çünki onlar düşünürlər ki, ermənilər bu bölgəyə məhz Türkiyənin məlum soyqırımı, işğalı və digər cinayətlərinə görə sığınıblar. Hətta qeyd oluna bilər ki, buna görə bu torpaqlardan onlara pay vermək lazımdır ki, bu onların kompensasiya yaralarının sağalması üçün bir dərman olsun. Ona görə də biz ölkə olaraq bu qərarlarla əlaqəli etiraz edirik, parlamentarilər münasibətini göstərir, yəni məktublarla müraciətlər göndərilir. Amma heç bir halda bütün diplomatik tanımazlıqla əlaqələrin qırılmasına da getmək olmaz. Çünki dünyanın siyasi həyatı hədsiz mürəkkəb və çox məkirlidir. Burada əlaqələri qırmaq bəzən ermənilərin xeyrinə işləyir. Əksinə olaraq düşünürəm ki, bundan sonrakı dövrdə istər Latın, istərsə də Cənubi Amerika ölkələrində, o cümlədən Avropa qitəsinin hər bir ölkəsində Azərbaycan da bu qərarların öz məruz qaldığı soyqırımı işğallarının tanıdılması üçün addımlar atmalıdır”.
Zahid Oruc qeyd edib ki, münasibətlər korlanmadan Azərbaycan tərəfindən bu məsələyə etirazlar edilməldir: “Milli Məclisə seçkilər ərəfəsində olduğumuz üçün konkret olaraq parlament adından reaksiya bildirmək çətindir. Amma parlamentarilərin özü də bu xalqın mövqeyini isbat edirlər. Təbii ki biz buna öz etirazımızı bildiririk. Bunun dövlətlərarası münasibətlərə mənfi təsir göstərən hal kimi dəyərləndiririk. Siyasətçilər tarix yazanda bu artıq real tarixi hadisədən çıxıb siyasi maraqlar hadisəsinə çevrilir. Paraqvayla Azərbaycan arasında müəyyən diplomatik siyasi əlaqələr olub. Eyni zamanda parlamentlər arasında da müəyyən səviyyədə işçi qrupları və müxtəlif dostluq səfərləri mövcud olub. Amma fərqli bir coğrafiyalarda yerləşdiyindən güclü bir iqtisadi əlaqələrin olduğundan daşınmaq mümkün deyil. Amma dünya siyasi həyatında əhəmiyyətsiz dövlət yoxdur. Çünki ermənilərin cırtdan dövlətləri sayılan Okeaniyada da bir çox işlər həyata keçirmək istəyirdilər. Halbuki həmin dövlətlərinin bəzilərinin əhalisi 20 mindir. Heç bir əsgəri qüvvəsi də yoxdur. Amma ermənilər bu dövlətlərin vasitəsi ilə Qarabağı tanıtma planlarını işə salmaq istəyirdilər. Əslində bu hamımız üçün absurd və qeyri-ciddi bir hadisə kimi görünə bilərdi. Amma 1960-ci illərdə də Uruqvay bunu tanıyanda kimsə əlini yelləyib keçdiyi üçün hadisələr indiki səviyyə gəlib çatıb. Ona görə də bu qərarlar əhəmiyyətlidir. Heç bir önəmi yoxdur deyib, keçmək ənənəvi Türk yanaşması kimi olardı. Bu isə bəzən sonradan qarşıya çox ciddi problemlər kimi çıxır. Çünki yüz əvvəl yazılan o sətirlər indi hökmlər kimi türk dövlətçiliyinin qarşısına itələnir. Bu gün siyasi hakimiyyət olaraq Türkiyə iqtidarı öz xalqı ilə münasibətlərinin və yaxud sosial iqtisadi planlarının deyil, tarixdə hansısa hadisələrin cavadehliyinə vadar edilir. Bu isə yol verilməz haldır. Çünki dünyada müharibələr çox olub. Ümumiyyətlə, biz parlamentarilərində ayrı-ayrılıqda məsələyə münasibəti çox əhəmiyyətldir. Bu təkcə daxili auditoriya üçün vacib deyil. Qeyd olunan bütün bu məsələlər həmin ölkələrin siyasi həyatına çıxır və yaxud da onların bu regionla bağlı səfirlikləri və ya diplomatik nümayəndələri bu reaksiyaları izləyir. Onlara Azərbaycan və Türkiyə münasibətlərin korlanmasının nə qədər real olduğu vurğulanır. Ona görə də düşünmək olmaz ki, bu gün Paraqvayın bu qərarı bizə təsirsizdir. Bunu demək çox yalnışdır”.
İnterpress.az