140 kiloqramlıq kişi dörd gün vannadan ÇIXA BİLMƏDİbackend

140 kiloqramlıq kişi dörd gün vannadan ÇIXA BİLMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

140 kiloqramlıq kişi dörd gün vannada köməksiz vəziyyətdə qalıb.

İnterpress.az xəbər verir ki, hadisə Rusiya mediasında işıqlandırılıb.

Məlumata görə, çəkisi təxminən 140 kiloqram olan kişi vannaya su dolduraraq uzanıb. Lakin sonradan qalxmağa çalışsa da, buna nail ola bilməyib.

Bildirilir ki, bədəninin ağırlığı və vannada yaranan vakuum effekti onun hərəkət etməsini çətinləşdirib.

Kişi dörd gün ərzində kömək çağırıb, qışqırıb və borulara döyərək qonşuların diqqətini cəlb etməyə çalışıb. Yalnız dördüncü gün onun səsini eşidənlər xilasedicilərə xəbər veriblər.

Xilasedicilər kişini vannadan çıxararaq çarpayıya aparıblar.

Susuz qalmamaq üçün duşdan su içən kişi xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Xuraman Etibarlı

İnterpress.az