Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazirin sözlərinə görə, üzən məzənnə rejiminə keçid yerli istehsala birbaşa təsir etməsə də, dolayı yolla təsir edir: \”Yerli istehsala təsiri məsələsinə birmənalı yanaşmağı doğru hesab etmirəm. Burda bir məqamı nəzərə almaq lazımdır ki, xaricdən idxal olunan məhsullar xarici valyuta ilə daxil olduğuna görə, burada birbaşa təsiri hesablamaq mümkündür. Yerli istehsala gəlincə, burda müəyyən məqamlar var. Çünki, yerli məhsul istehsal edənlər onlar bu məhsulu özlərinin birbaşa istehlakı üçün yox, digərlərinin istehlakı üçün istehsal edir. Yəni, bu məhsulun qarşılığında, bu məhsulu sataraq hansısa məhsul almalıdır. Tutaq ki, 100 kiloqram məhsulu 80 manata sataraq soyuducu, məişət texnikası almalıdır. Bu məhsullar isə idxal olunduğundan öz ehtiyaclarını qarşılamaq üçün yerli istehsala birbaşa olmasa da, dolayı yolla təsir edir. Düzdür, demək olmaz ki, bu gün devalvasiya varsa, yerli istehsalda qiymət artmalıdır. Bunun təsiri bir az uzun müddətlidir. Çünki, istehsal olunan məhsulların maya dəyəri keçən ildən qoyulub, bu il isə hazır məhsul alınıb. Ona görə, prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada dolayı yolla da olsa, təsiri minimuma endirmək lazımdır. Demək olmaz ki, heç bir təsiri olmayacaq. Təbii ki, dolayı yolla təsiri olacaq”.
H. Əsədov əlavə edib ki, süni qiymət artımının qarşısını almaq üçün nazirlik yarmarkaların sahəsini genişləndirmək niyyətindədir: “Fermerlərin bazara çıxışını dolayı yolla yox, birbaşa çıxışını təmin edək ki, orta həlqələr yaranmış şəraitdən istifadə edərək süni qiymət artımına yol verməsinlər. Bu, prezident tərəfindən müvafiq strukturlar qarşısında qoyulan ən əsas məsələlərdən biridir. Biz də çalışacağıq ki, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını orta həlqələri ləğv etməklə, alternativ bazarlar təmin etməklə süni qiymət artımının qarşısını alaq”.
Interpress.az