Dünyada enerji daşıyıcılarının qiymətlərinin kəskin ucuzlaşması, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Rusiya-Türkiyə münasibətlərindəki gərginlik, Çin valyutasının ucuzlaşması və s. yaxşı bir şey vəd etmir.
lobal böhran Damokl qılncı kimi başımızın üzərindədir.
Dünya tarixində bu günə qədər baş verən qlobal iqtisadi böhranlara nəzər salaq.
Dünyada ilk iqtisadi böhran 1857-ci ildə sürətlə sənayeləşən Qərb ölkələrində baş verib.
O vaxt kənd təsərrüfatı və ictimai həyata mənfi təsir göstərən böhran ABŞ, Fransa, İngiltərə və Almaniyada hiss olunurdu. Dəmir yolu şirkətlərinin kütləvi müflisləşməsi və səhm bazarının çökməsi Amerika bank sisteminin ağır duruma düşməsinə yol açmışdı.
Böhran dövründə Amerikada çuqun istehsalı 20 faiz, Almaniyada 25, Fransada isə 13 faiz azalmışdı. Britaniyada gəmiqayırma sənayesi 26 faiz geriləmişdi.
1857-ci il iqtisadi böhranı bütün Avropa və Latın Amerikasında sənaye və kənd təsərrüfatının gerilədiyi ilk kataklizm idi.
Növbəti qlobal böhran 1873-cü ildə Almaniya və Avstriyada başlamışdı. Cənubi Amerikada kredit istehlakının kəskin artması, Almaniyada spekulyasiya yolu ilə daşınmaz əmlak qiymətlərinin bahalaşması fond birjalarının çökməsinə səbəb olmuşdu. 1873-cü ilin mayında Vyana, ardınca isə Sürix və Amsterdam birjalarının dayandırılması, Nyu-York fond birjasında panikanın başlanması və ölkənin əsas kapitalisti sayılan Birləşmiş Sakit Okean Dəmiryolu şirkətinin sahibi Cey Kukun müflis olması Amerikada da maliyyə böhranının başlanmasına işarə olmuşdu. Xüsusən, Almaniya banklarının Amerikaya olan kredit borclarını ödəyə bilməməsi mənfi fəsadlar doğurmuşdu.
Həm Avropa, həm də ABŞ-da istehsal aşağı düşdüyü üçün Cənubi Amerikaya ixrac edilən məhsulların həcmi kiçilmiş, bu isə ölkələrin büdcəsinə daxil olan gəlirləri azaltmışdı. Kapitalizm tarixinin ən uzunmüddətli böhranı yalnız 1878-ci ildə zəifləməyə başlamışdı.
1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması yeni qlobal iqtisadi böhran üçün münbit şərait yaratmışdı. Amerika, İngiltərə, Fransa və Almaniyanın müharibəyə vəsait tapmaq üçün öz fond birjalarındakı xarici qiymətli kağızları kütləvi satması həm pul, həm də məhsul bazarında böhran yaratmışdı.
Amerika və İngiltərə maliyyə bazarındakı çaxnaşma bu ölkələrin Mərkəzi Banklarının bazar vaxtında müdaxilə etməsi ilə sabitləşmişdi.
1920-1922-ci illərdə 1-ci Dünya Müharibəsinin başa çatmasından sonra başlanan iqtisadi böhran isə deflyasiya və resessiya ilə bağlı idi. Bu dövrdə Danimarka, İtaliya, Finlandiya, Hollandiya, Norveç, ABŞ və Britaniya bank və valyuta bazarında çətinlik yaşamışdı.
1929-1933-cü illərdə baş verən böhran “Böyük Depressiya” adı ilə tanınır. 1929-cu il oktyabrın 24-də (Qara cümə axşamı) Nyu-York fond birjasında səhmlər kəskin ucuzlaşmağa başladı.
Əsas qiymətli kağızlar 60-70 faiz dəyər itirmiş, dünya valyutaları üçün qızıl standartları ləğv olunmuşdu. Birinci Dünya Müharibəsindən sonra Amerikada fond bazarının genişlənməsi, ölkə sakinlərinin aldıqları səhmlərin onlara nəhəng gəlirlər gətirməsinə rəğmən 1929-cu ilin oktyabrında bütün bu vəsaitlər heçə endi. Amerikalı səhmdarlar 2 həftəyə 15 milyard, ilin sonuna isə 40 milyard dollardan artıq vəsait itirdilər.
Fabrik və zavodlar bağlanır, banklar müflis olur, milyonlarla insan ibarət işsizlər ordusu yaranırdı. 1933-cü ildə “Böyük Depressiya”nı nəzarətə almaq mümkün olsa da, onun fəsadları hələ 30-cu illərin sonuna qədər hiss olunurdu.
Depressiyanın davam etdiyi illərdə işsizlik 25%-ə (17 milyon nəfər) çatırdı. Daha 25% vətəndaş əmək haqlarının azalması və yarım iş günü çalımağa məcbur idi. Ölkədə intiharlar 25% artaraq kəskin artmış, 1 milyon fermet təsərrüfatı müflisləşmişdi.
1957-ci ildə müharibədən sonra ilk iqtisadi böhran başlandı. ABŞ, Belçika, Britaniya, Kanada və Hollandiyanı əhatə edən iqtisadi çətinlik bu ölkələrdə sənaye istehsalını 4% geriyə salmış, 10 milyon insanın iş yerlərini itirməsi ilə nəticələnmişdi. Müharibə sonrası ilk böhran 1958-ci ilin ortalarına qədər davam edib.
1973-cü ilin sonlarında isə “Böyük Depressiya”dan sonra dünya tarixində ən əsaslı yeni iqtisadi böhran baş qaldırdı. Amerikada sənaye istehsdalı 13%, Yaponiyada 20%, Almaniyada 22%, Britaniyada 10%, Fransada 13% və İtaliyada 14% azalmaya səbəb olmuşdu.
Bu ölkələrdə fond birjalarında səhmlər 40-70% dəyət itirmiş, 15 milyon işçi isə çalışdığı yerlərdən qovulmuşdu.
1973-cü ilin 16 oktybarında OPEK ölklərinin neft hasilatını azaltması isə neftin 3 dollardan 5 dollara, 1975-ci ilin əvvəllərində isə 12 dollar olmasına gətirib çıxarmışdı.
1987-ci ilin qara bazar ertəsi. Həmin ilin 19 oktybarında ABŞ-ın “Dow Jones Industrial” fond indeksi 22,6% dəyər itirdi. Amerikanın ardınca Avstraliya, Honkonq və Kanada səhm bazarı da çökmüşdü. Böhranın mümkün səbəbi bir neçə iri şirkətin kapitallaşmasının ləngiməsi fonunda investorların bazardan çıxması olmuşdu.
Sonralar dünya tarixində 1994-1995 Meksika iqtiasadi böhranı, 1997-ci ildə Cənub-Şərqi Asiya ölklərindəki maliyyə böhranı və 1998-ci ildə Rusiyada defoltla nəticələnən iqtisadi böhran yaddaşlarda qalmışdı.
Sonuncu dəfə 2008-2011-ci illərdə dünyanı iqtisadi böhran sarsıdıb. Lakin dünyada baş verən geosiyasi mübarizələr və siyasi bloklar arasındakı ziddiyətlər qısa zamanda dünyanı yeni qlobal çətinliklərlə üz-üzə qoya bilər.
Ola bilsin ki, Azərbaycan və bir çox dünya ölkələrində qeydə alınan devalvasiya bu böhranın ilk siqnalıdır.(modern)
İnterpress.az