300-dən çox qaziyə reabilitasiya prosesi tətbiq edən həkim DANIŞDIbackend

300-dən çox qaziyə reabilitasiya prosesi tətbiq edən həkim DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu gün bizdə olan məlumatlara görə, səkkiz qazimizin RGO tipli ortopedik reabilitasiya cihazına ehtiyacı var. Həmin cihazlar “YAŞAT” Fondu tərəfindən alınaraq, ölkəmizə gətirilib. Bu, çox özəl bir ortopedik cihazdır.

Bu sözləri açıqlamasında qazilərin reabilitasiyası prosesində yaxında iştirak edən həkim reabilitoloq-mütəxəssis Gülnarə Nuruzadə deyib. O, qazilərimizin hər birinin reabilitasiya prosesindən keçməli olduğunu qeyd edib:

“Qazilərimiz arasında yeriyə bilməyən, oturaq halda olanlar var. Eləcə də bazu sümüyündən, çiynindən əməliyyat keçirənlərin də sayı az deyil. Onların hər biri burada reabilitasiya prosesinə cəlb olunublar. Daha ağır vəziyyətdə olan, məsələn kəllə trepanasiyası (kəllə sümüyünün yarısının çıxarılması – red.) keçirən qazilərimiz var ki, onların sağlamlıqlarının bərpası üçün zaman lazımdır.

Cihaz xüsusilə aşağı ətraflarda hissiyyatı olmayan qazilər üçün effektivdir. Cihaz vasitəsilə 6 ay ərzində təlim keçirilir. Artıq elə qazimiz var ki, 2 həftə ərzində təlim keçib. Əvvəl 5 dəqiqə ərzində ayaq üstə dayana bilirdisə, bu gün 1 saatdan çox ayaq üstə dayanır, həmçinin yeriyə bilir”.

Həkim bildirib ki, qazilərimiz arasında ayaqlarını, barmaqlarını hiss etməyənlər olub:

“Cihazla reabilitasiyadan sonra qazilər hissiyyatlarını bölüşürlər. Onlar ayaqlarını, barmaqlarını hiss etdiyini deyirlər. Bu isə yaxşılaşma əlaməti hesab olunur. Aşağı ətrafların sinir qidalanması nəticəsində belə hissiyyatlar duyulur. Qazilərimizin bel travmalarının dərəcəsindən asılı olaraq, eləsi var 1 ilə, eləsi isə var ki, 2 həftə sonra sərbəst yeriyə bilər. Ümid edirik ki, qısa zamanda qazilərimizin hər birini ayaq üstə görəcəyik. Sağlamlığına qovuşan qazilərimiz digərlərinə də yüksək motivasiya verir”.

Həkimin sözlərinə görə, 3 ay ərzində 301 xəstəyə ortopedik reabilitasiya prosesi tətbiq edib.

“Xəstələrin siyahısı tərtib olunub və onlara lazım olan cihazlarla müalicəsi üçün xüsusi proqramlar tətbiq edilir”, – deyə G.Nuruzadə sonda əlavə edib.

İnterpress.az