“Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri rəis yox, direktor adlandırılsın” – Ekspertdən TƏKLİFbackend

“Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri rəis yox, direktor adlandırılsın” – Ekspertdən TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri sabiq “MTN-çi”, istefada olan polkovnik-leytenant İlham İsmayıl açıqlamasında deyib.

“Hesab edirəm ki, xüsusi xidmət orqanları sahəsində xidmətlə nazirliyin elə bir ciddi fərqi yoxdur. Çünki onlardan birini digərindən böyük, yaxud kiçik görmək düzgün deyil. Yəni hər ikisinin xidmət baxımından fəaliyyət istiqamətləri, prinsipləri eyni olur. Ola bilər ki, hansısa ixtisarlar olub və yeni strukturlar yaradılsın.

Ancaq əsas mahiyyət odur ki, dövlətin xüsusi xidmət orqanının adını necə qoyursan qoy, ortada keyfiyyətli iş olsun.

SSRİ-də xüsusi xidmət orqanının 1917-ci ildən 1954-cü ilədək 11 dəfə adı dəyişdirildi. Yəni “ÇK”dan başlayıb “NKVD”, “MQB”, “KQB” adlandırdılar. Belə praktikalar əvvəllər də olub.

Amma buna baxmayaraq, əsas fəaliyyət istiqaməti dəyişilməmişdi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) var idi, indi Rusiyada o Federal Təhlükəsizlik Xidmətidir (FSB)”.

İlham İsmayıl təklif edir ki, Azərbaycanda da digər xarici ölkələrdə olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri rəis yox, direktor adlandırılsın:

“Bu gün Rusiyada FTX-nin (Federal Təhlükəsizlik Xidməti) rəhbəri direktor kimi göstərilir. Amma bizdə aşağı ranq statusunda adlandırılır. Bizdə Dövlət Təhlükəsizliyi Xidmətinin başçısı rəis adlandırılır.

ABŞ-da xüsusi xidmət orqanı Federal Təhlükəsizlik Bürosudur (FTB). Yəni Amerika kimi ölkədə bu qurum büro adlanır. Bu o demək deyil ki, həmin orqan kiçikdir. Ad nisbi xarakter daşıyır, mahiyyət olduğu kimi qalır.

Mən təklif edirəm ki, Azərbaycanda da xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri rəis yox, direktor adlandırılsın. Çünki bu gün Rusiyada da, Amerikada da və digər Avropa ölkələrində bu qurumların başçıları direktor adlandırılır.

Rəis sözündənsə, direktor sözü daha nüfuzlu hiss olunur. Çünki rəis deyənildə, az qala rayon polis rəisini nəzərdə tuturlar. Bu mənim subyektiv fikrimdir ki, rəis sözü direktor sözü ilə əvəz olunsa, daha yaxşı olarr. Amma yenə də istənilən halda burada əsas məqsəd, məram adın necə, hansı formada olmasında deyil. Əsas məsələ odur ki, xüsusi xidmət orqanı öz fəaliyyətini düzgün qursun, qarşısında qoyduğu məqsədlərə çata bilsin.

Əvvəllər də kəşfiyyatla əks-kəşfiyyatın ayrılması məsələsi var idi. Vaxtı ilə bunun mümkünlüyünü demişdik. Əksər dövlətlərdə də bu, belədir. Bizdə isə SSRİ-dən qalma bir quruluş olduğu üçün hələ də saxlanılırdı. Hətta Rusiya özü kəşfiyyatla əks-kəşfiyyatı ayırmışdı. Çünki bu gün Rusiya ilə SSRİ kəşfiyyatı, yaxud əks-kəşfiyyatı qarşısında duran məsələlər eyni deyil. Nəhayət bizdə də buna gedildi”.(modern)

İnterpress.az