Herba-flora şirkətinin rəhbəri, həkim Fizuli Hüseynov dünyanın ən təhlükəli, hər il milyonlarla can alan xərçəng xəstəliyi ilə bağlı yazısını Moderator.az – a göndərib:
\”Günümüzün bəlası xərçəngdir desək, məncə yanılmarıq. Bəs xərçəng nədir?
Bizim bədənimiz başdan-başa hüceyrələrdən təşkil olunmuşdur və bu hüceyrələr beynimizdən gələn əmrlərə tabe olaraq çoxala bilirlər (yalnız sinir və sümük hüceyrələrindən başqa). Məsələn, yaralanmalar zamanı yaranın sağalması, ölmüş hüceyrələrin əvəzinə yenisinin əmələ gəlməsi və s. Amma xərçəng hüceyrələri bir müstəqil qurum kimi beynimizə tabe olmadan çoxalır, sonra bu hüceyrələr bir-birləri ilə birləşib şiş toxuması əmələ gətirirlər. Daha sonra bu şişlər böyüyür, ətrafdakı orqan və toxumaları sıxmağa başlayır. Əgər bu hüceyrələr damara və ya limfa damarına daxil olarsa, başqa toxumalara yayılma baş verir (metastaz vermə). Bura qədər xərçəng xəstəliyinin standart formasıdır. Burdan bir sual əmələ gəlir: nəyə görə bu hüçeyrələr (qarabağ erməniləri kimi) beynimizə tabe olmurlar və ya olmaq istəmirlər? Deməli, gün ərzində 10-15 min hüceyrə bu müstəqilliyi istəyir, amma bizim bədənimizdəki antioksidantlar buna imkan vermirlər, yəni həmin hüceyrələrə yapışıb həm onları, həm də özlərini məhv edirlər. Deməli, xərçəngin olmaması və baş vermiş xərçəngin qarşısını almaq üçün bizim bədənimizdə zəngin antioksidant mənbəyi olmalıdır. Bəs antioksidantları necə təmin edək? Antioksidanlar bol – bol günəş dəyən meyvələrin və tərəvəzlərin hamısında var, məsələn bir misal çəkim, pomidorun tərkibindəki antioksidantın adı likopendir (prostat vəzi xərçənginin qarşısını alır) bu maddə bostanda bol günəş altında bitən pomidorda parnikdə bitən pomidorla nisbətdə 20 dəfə çox olur, yəni biz 20 kq parnik pomidoru yeməliyik ki, 1 kq normal pomidorun antioksidantını mənimsəyə bilək. Bu qayda bütün tərəvəzlərə və meyvələrə aiddir. Deməli, biz bol-bol meyvə-tərəvəz yesək, siqaret və alkoqol istifadə etməsək, rentgen şüalarından özümüzü qorusaq (bunlar hüceyrələri zədələyir və antioksidant itkisinə səbəb olur), “fast food” yeməkləri menyumuzdan çıxarsaq bizim xərçəngə tutulma ehtimalımız daha çox azalar.
Antioksidantlar həm də bizim orqanizmimizdə əsasən qaraciyərdə əmələ gəlir. Bunun üçün hər bir insan gündə ən azı 3 km-dən çox gəzməlidir. İdman antioksidant istehsalını artırır. Xoşgörülü olmaqda beyində xoşbəxtlik hormonlarının artmasına səbəb olur – bu xərçəngin qarşısını almaq üçün bir vasitədir.
Xərçəngdən qorunmaq üçün və müalicə etmək üçün bal, arı südü, qafqaz kefiri (55% xərçəng riskini azaldır) zeytun yağı (rafinə olunmamış), brokkoli kələmi, buğda cücərtisi, keçibuynuzu, razyana, damotu, bibər, sarıkök, qara zirə, zəncəfil, boymadərən, soğan, sarımsaq, göyərtilər, kök və meyvə qurularından istifadə edə bilərsiniz. Əgər kimdəsə xərçəng tapılıbsa, yaxşı olar ki, heyvani ərzaqları, rafinə olunmuş ərzaqları, sənaye məhsullarını, qazlı içkiləri (amma qazı qovulmuş mineral sular hidrokarbonatlı xeyirlidir), konserv məhsullarından maksimum dərəcədə az istifadə etsin\”.
İnterpress.az